"Hökumətin "Azərenerji"nin özəlləşdirilməsi ilə planları yoxdur" - Rəsmi

img

07-12-2016 [10:57]


""Azerenerji" ASC-nin Azərbaycan iqtisadiyyatındakı rolu nəzərə alınaraq hökumət şirkətin öhdəlikləri ilə bağlı öz zəmanətini verəcək". 

Bu barədə "Fitch" reytinq agentliyinin açıqlamasında deyilir.
 
"Hökumət "Azərenerji" ASC-nin yeganə səhmdarı olaraq qalır. Bu baxımdan tərəflər arasında olduqca sıx və strateji əlaqələr mövcuddur. Biz bu dəstəyin zəmanət formasında davam edəcəyini gözləyirik. "Azərenerji"nin kreditorlar qarşısında öhdəliklərini yerinə yetirmək üçün Azərbaycan hökumətinin kifayət qədər resursu var", - deyə açıqlamada qeyd edilib.
 
"Fitch" hesab edir ki, 2016-2018-ci illərdə "Azərenerji" ilə hökumət arasında mövcud olan hüquqi bağlılıqda heç bir dəyişiklik olmayacaq: "Hökumətin "Azərenerji"nin özəlləşdirilməsi ilə planları yoxdur".

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA