Əlil uzaqlar üçün Bakı zəhərində ekskursiya təzkil ediləcək

img

22-05-2010 [01:41]


?NUR? Uşaq və Gənclər İctimai Birliyi ?Hər bir uşağın hüququ var!? Milli Kampaniyası çərçivəsində mayın 23-də 8-15 yaşlı əlil uşaqlar üçün Bakı şəhərində ekskursiya təşkil edəcək. 18 nəfər uşağın iştirak edəcəyi ekskursiya Dənizkənarı Parkdan başlayacaq. Ekskursiyanın proqramına gəzinti, atraksionlar, oyunlar, şəhərdə nahar və müxtəlif əyləncə tədbirlər daxildir. Daha sonra gəzinti ?İçərişəhər? Dövlət Tarix-Memarlıq Qoruğunda davam etdiriləcək. Günün sonunda ?NUR? Uşaq və Gənclər İctimai Birliyi uşaqlara hədiyyələr təqdim edəcək. Bu aksiyanın həyata keçirilməsində məqsəd əlil və sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiyasını təbliğ və təmin etməkdir. Əlil uşaqların ictimai tədbirlərə cəlb edilməsi xüsusi qayğıya ehtiyacı olan uşaqları cəmiyyətdən və yaşıdlarından təcrid olunmaqdan xilas edir, onlarda özünə inam hissi yaradır, sağlam uşaqlarda isə onlara qarşı tolerantlıq, mərhəmət, qayğı hisslərinin formalaşmasına səbəb olur. Əlil uşaqların və sağlam uşaqların iştirak etdiyi birgə tədbirlər onların sosial, intellektual və emosional inkişafının təmin edilməsinə, onların arasında ünsiyyətin asanlaşdırılmasına əvəzsiz tövhələr verir. ?Hər bir uşağın hüququ var!? Milli Kampaniyası Azərbaycan Uşaqlarının I Forumunun Bəyannaməsindən irəli gələrək ?NUR? Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən başlanılmışdır. Kampaniyanın həyata keçirilməsində məqsəd uşaqların və eləcə də onları əhatə edən insanların uşaq hüquqlarına dair məlumatlılıq səviyyəsini yüksəltmək, uşaqların onların həyatları ilə bağlı təşəbbüskarlığını və iştirakını gücləndirmək, o cümlədən uşaqlara münasibətdə böyüklərin məsuliyyətini artırmaqdan ibarətdir. Kampaniya 1 il davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA