06-12-2016 [21:36]
"Büdcə təşkilatlarının normativləri: çaya 10, nahar yeməyinə 40, şam yeməyinə 60, ziyafətə adambaşına 80 manata qədər vəsait və 1173 xidməti minik avtomobilinə ayda 2000 km yürüş".
Mia.az xəbər verir ki, bunu tanınmış iqtisadçı Qubad İbadoğlu bildirib.
Onun sözlərinə görə, dövlət büdcəsində israfçılığın qarşısını almaq üçün ilk növbədə tənzimləyici normativlər hazırkı dövrün tələbləri nəzərə alınmaqla yenidən işlənməlidir:
"Təəssüf ki, büdcə müzakirələrində, eləcə də onun icrası və icrasına dair hesabatı dövründə bu məsələlər diqqətdən kənarda qalır.
Belə normativlərdən ikisinə diqqətinizi çəkmək istərdim:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 oktyabr tarixli 318 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlər keçirilməsi ilə bağlı öhdəlik götürülməsi Qaydaları”na edilən əlavəyə görə, xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün büdcə vəsaitlərinin xərc normaları hər bir nəfər üçün danışıqlar, mədəni tədbirlər zamanı çay, qəhvə fasiləsi zamanı 10 manata qədər, nahar yeməyi zamanı 40 manata qədər, şam yeməyi zamanı 60 manata qədər, ziyafətlər zamanı 80 manata qədər təsdiq edilib.
Bununla yanaşı, nümayəndə heyətinin rəhbəri üçün dəftərxana xərcləri üçün 60 manata qədər, nümayəndə heyətinin üzvləri üçün 30 manata qədər əlavə vəsait ayrılmasına icazə verilir. Bundan əlavə, Azərbaycan Respublikasının tarixini və mədəniyyətini təcəssüm etdirən xatirə hədiyyələrinin alınması xərcləri nümayəndə heyətinin rəhbəri üçün 100 manata qədər, nümayəndə heyətinin üzvləri üçün 50 manata qədər təsdiq edilib.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2011-ci il tarixli 120 saylı qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Qaydalarla Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi tənzimlənir.
Qaydalara görə, Xidməti minik avtomobilləri üçün aylıq yürüş norması 2000 km, qonaqlara xidmət edən minik avtomobilləri üçün 1000 km müəyyənləşdirilib.
Son məlumatlara görə, ölkə üzrə xidməti minik avtomobillərin sayı 1173, aparat üzrə olanların sayı isə 343-dür. Avtomobillərin bir ədədi üçün 100 km yürüşə görə yanacaq sərfi norması həmin avtomobillərin texniki göstəricilərinə əsasən hər 100 km məsafəyə görə istifadə olunan yanacağın miqdarına uyğun olaraq müəyyən edilir.
Nəzərə alsaq ki, xidməti maşınların, xüsusilə də aparata məxsus olanların böyük əksəriyyəti mühərrik gücü yuxarıdır, onda onların hər 100 km məsafəyə görə yanacaq sərfi 20 litrdən çoxdur".
Q.İibadoğlu hesab edir ki, növbəti ilin büdcəsinin icrası başlamamışdan əvvəl xərclərin tənzimləyici normativləri hazırkı iqtisadi gerçəkliyin tələbləri nəzərə alınmaqla, yenidən işlənilməlidir.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi