Rabitə və informasiya Texnologiyaları Nazirliyinin nümayəndələri Hindistana gedir

img

22-05-2010 [01:00]


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndə heyəti mayın 24-dən iyunun 4-dək Hindistanın Heydərabad şəhərində keçiriləcək Telekommunikasiyanın inkişafı üzrə beşinci dünya konfransında iştirak edəcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, konfransın məqsədi informasiya-kommunikasiya texnologiyalarının inkişaf perspektivlərinin müəyyən edilməsi, eləcə də yaxın dörd ildə telekommunikasiya və qlobal informasiya cəmiyyətinin gələcək inkişaf imkanları əks olunan Heydərabad Fəaliyyət Planının (HFP) qəbul edilməsidir. Hökumət orqanları nümayəndə heyətlərinin, nazirlərin, səfirlərin, özəl sektor, eləcə də regional və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak edəcəyi tədbir regional hazırlıq toplantıları silsiləsinə yekun vuracaq. Konfrans, həmçinin 2006-cı ildə Dohada qəbul olunmuş fəaliyyət planının həyata keçirilməsi istiqamətində əldə edilmiş tərəqqinin qiymətləndirilməsi istiqamətində mühüm addım olacaq. Konfrans çərçivəsində ekspertlərin toplantısı, habelə ?Məktəbi birləşdirək ? cəmiyyəti birləşdirək? mövzusunda ?dəyirmi masa?, statistika, fövqəladə hallar zamanı telekommunikasiya, elektron səhiyyə və digər istiqamətlər üzrə bir sıra informasiya sessiyalarının keçirilməsi də nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA