Bu gün ədliyyə orqanlarında izləmək istəyən namizədlər üçün test imtahan keçirilir

img

22-05-2010 [12:58]


Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Ədliyyə Nazirliyi ilə birlikdə ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, müsabiqə 2006-cı ilin mayında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş ?Ədliyyə orqanlarında qulluq keçmə haqqında? Qanuna əsasən aparılır. Sənədlərin qəbulu Ədliyyə Nazirliyi tərəfindən aparılmış, 278 nəfərin namizədliyi qeydə alınıb. Bakı Dövlət Universitetinin yeni tədris binasında keçirilən imtahan üç saat davam edəcəkdir. İmtahanda namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunmuşdur. 80 sual namizədin hüquq və ədliyyə fəaliyyətinə dair qanunvericilik sahəsi üzrə biliyini yoxlayır (suallar Ədliyyə Nazirliyi tərəfindən hazırlanmışdır), 20 sual isə namizədlərin məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir (suallar TQDK tərəfindən hazırlanmışdır). Namizədlərin balları hesablandıqda hüquq və ədliyyə fəaliyyəti ilə bağlı qanunvericilik sahəsinə aid test tapşırıqları üzrə hər düzgün cavab bir bal, məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən test tapşırıqları üzrə hər düzgün cavab 0,5 balla qiymətləndirilir. Toplanması mümkün olan maksimal bal 90-a bərabərdir. Nəticələr hesablandıqda yanlış cavablar düz cavabların nəticəsinə təsir göstərmir. İmtahanın nəticələri mayın 22-də TQDK-nın www.tqdk.gov.az internet saytında yerləşdiriləcək. Ümumi nəticədə 55 və daha çox bal toplayan namizədlər müsabiqənin ikinci mərhələsinə - söhbətə buraxılırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA