Ramil Usubovdan yeni təyinatlar - Dəyişiklik

img

06-12-2016 [15:31]


Bərdə Rayon Polis Şöbəsində (RPŞ) kadr dəyişikliyi olub.

Mia.az Report-a istinadən xəbər verir ki, şöbə rəsinin əməliyyat işləri üzrə müavini Natiq Hüseynov işdən azad edilərək təqaüdə göndərilib. 

Bundan başqa, şöbə rəisinin kadrlar üzrə müavini Ramiz Abbasov və cinayət-axtarış bölməsinin rəisi Məhərrəm Məmmədov da tutduqları vəzifədən azad ediliblər. Onlar başqa rayonlara təyinat alıblar. 

RPŞ-nin istintaq bölməsinin rəisi, polis mayoru Zaur Nəsirov əməliyyat işləri üzrə müavin, Xəzər Rayon Polis Şöbəsinin (RPŞ) polis mayoru Bayram Mirzəyev isə Bərdə Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin rəisi vəzifəsinə təyin olunub. 

Xatırladaq ki, bu ilin sentyabır ayında daxili işlər naziri Ramil Usubovun əmri ilə İlqar Məmmədov Bərdə RPŞ-yə rəis təyin olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA