06-12-2016 [15:05]
Keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovun qardaşı Rafael Abbasovun ləğv edilmiş MTN-in keçmiş rəhbərliyinin formalaşdırdığı mütəşəkkil cinayətkar qruplaşma tərəfindən oğurlanması və aylarla məruz qaldığı işgəncə nəticəsində ölməsi xəbəri yayılıb.
Bu sensasiyalı məlumatı hazırda Avropada mühacirətdə olan keçmiş MTN zabiti Ramin Nağıyev contact.az-a müsahibəsində deyib.
Mia.az xəbər verir ki, 1995-2004-cü illərdə Azərbaycanın milli təhlükəsizlik naziri olmuş Namiq Abbasov Modern.az-a açıqlamasında qardaşı barədə yayılan məlumata aydınlıq gətirib.
"Qardaşım Rafael Abbasovun Eldar Mahmudovun bandası tərəfindən oğurlanaraq işgəncələrə məruz qalması barədə yayılan xəbərlər cəfəngiyatdır.
O vaxtlar "Montin” tərəflərdə bir evimiz vardı. Orada yaşayırdıq. Qardaşım Rafael Abbasov bir dəfə ya tramvaya minəndə, ya da düşəndə, dəqiq yadımda deyil, ayağından zədə almışdı. Həmin vaxt həkimə də aparmışdıq. Bu hadisədən sonra Rafael Abbasov düz 11 il yaşayıb. 2005-ci ildə 51 yaşında vəfat edib. Vəfat edəndə də elə ciddi xəstəliyi olmayıb”.
Namiq Abbasov, keçmiş MTN zabiti Ramin Nağıyevlə tanışlıq məsələsinə də toxunub:
"Ramin Nağıyev də o zamankı MTN-də olan çoxsaylı əməkdaşlardan biri olub. Onu da tanımışam. Amma bu cür həqiqəti əks etdirməyən informasiyaların hansı səbəbə görə yayılması çox maraqlıdır. Həmçinin, qardaşımın tikinti biznesi ilə məşğul olması, "Qanlıgöl”ün ətrafında çoxsaylı binalar inşa etməsi də yalandır. Ola bilsin ki, bu cür xəbərlərin ildırım sürətilə mətbuatda yayılması bir təxribatdır”
Qeyd edək ki, Ramin Nağıyev müsahibəsində bunları deyib:
"Oğurlananlardan 20-yə yaxınının adları o dövrün mətbuatında dərc edilib. Onların arasında keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovun qardaşı Rafael Abbasov da var idi. Lakin bu barədə indiyədək heç kim danışmayıb. Oğurlanandan sonra 6 ay ərzində Rafaeli zirzəmidə saxlayıb işgəncə veriblər. Nəticədə onun ayağında qanqrena yaranıb. Azad olunandan sonra göstərilən tibbi müdaxiləyə və aşağı ətraflarının kəsilməsinə baxmayaraq Rafael Abbasov bir müddət sonra vəfat etdi".
Keçmiş MTN zabiti deyir ki, oğurlananların bir qismi indiyədək qorxularından başlarına gələnləri danışmağa cəsarət etmir. O cümlədən bir vaxtların qüdrətli milli təhlükəsizlik naziri Namiq Abbasov da qorxusundan susur…
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi