Kür və Araz çaylarının səviyyələrində azalma müzahidə olunur

img

22-05-2010 [12:47]


Son bir sutka ərzində Kür və Araz çaylarının səviyyələrində azalma müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, dünən səhər saat 8.00-dan bu gün 8.00-a olan məlumata görə, Kürün səviyyəsi Qıraq Kəsəməndə 412 sm təşkil edib, səviyyə 6 sm azalıb. Yevlaxda səviyyə 366 sm təşkil edib, səviyyə 29 sm azalıb, Zərdab məntəqəsində səviyyə 2 sm artaraq 770 sm təşkil edib. Şirvanda suyun səviyyəsi 1 sm (səviyyə 846 sm), Surrada 3 sm (səviyyə 950), Salyanda 1 sm (səviyyə 824 sm), Bankədə 3 sm (səviyyə 490 sm) azalıb. Araz çayının səviyyəsi Novruzlu məntəqəsində 7 sm azalaraq 724 sm təşkil edib. Qanıx çayının səviyyəsi isə Əyriçayda 770 sm təşkil edərək 10 sm artıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA