Vergi sistemi ilə bağlı layihə ölkə başçısına təqdim ediləcək

img

06-12-2016 [13:20]


"Azərbaycanda vergi sisteminin təkmilləşdirilməsi məqsədi ilə hazırlanan layihə yaxın zamanlarda ölkə başçısına təqdim ediləcək”.

Bunu Milli Məclisinin bu gün keçirilən iclasında Azərbaycanın 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Deputat deyib ki, sözügedən sənəd əsasında islahatlar davam etdiriləcək: "Vergi sistemində şəffaflığın təmin olunmasına nail olmaqla, büdcədə vergidən daxilolmaları artırmaq mümkün olacaq”.
Modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA