"Azercell"dən müharibə veteranlarına güzəşt - Kampaniya uzadıldı

img

06-12-2016 [12:35]


"Azercell Telekom" müharibə veteranları olan abunəçiləri üçün 2 aprel 2015-ci il tarixindən etibarən təqdim etdiyi xüsusi kampaniyanın müddətini 30 mart 2017-ci il tarixinədək uzadır.

Bu barədə şirkətdən açıqlanan xəbərdə deyilir:

"Şirkətin hər zaman diqqət və qayğı göstərdiyi bu özəl abunəçilər təqvim ayı ərzində balanslarıına birinci dəfə yüklədikləri hər-hansı danışıq kartın məbləğinin 100%-ni bonus olaraq "Azercell"dən hədiyyə alırlar. Azercell tərəfindən hədiyyə olunan bonus  şəbəkədaxili zənglər, SMS və MMS xidmətləri üçün 7 gün ərzində istifadə edilə bilər. Onu da bildirək ki, "Azercell Telekom" 3 ildir ki, davamlı olaraq Qarabağ, Əfqanıstan və Böyük Vətən Müharibəsi veteranları üçün xüsusi endirim kampaniyalarını həyata keçirir. İstifadəyə verildiyi gündən bu güzəştli rabitə imkanından 28 000-dən artıq veteran yararlanaraq "Azercell"dən 5 milyon 400 min manatdan artıq həcmdə bonus əldə etmişdir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA