05-12-2016 [18:49]
Bu gün Qaradağ rayonunda Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününə həsr olunan tədbir keçirilib.
Rayon İcra Hakimiyyətindən Mia.az-a daxil olan məlumata görə, tədbirdə rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov, başçının müavinləri, aparatın şöbə müdirləri, Qaradağ Rayon Məhkəməsinin və rayon ərazisində yerləşən Cəzaçəkmə müəssisələrinin bir qrup işçiləri iştirak ediblər.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov peşə bayramı münasibətilə bütün Rabitə və informasiya texnologiyaları sahəsi iişçilərini təbrik edib.
Bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsis olunub. O vaxtdan bütün respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri öz peşə bayramlarını qeyd edirlər. Peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. Belə ki, 1881-ci il dekabrın 6- da Bakıda "Nobel qardaşları” cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilmişdir.
Azərbaycanda rabitə sahəsi Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyəti illərində xüsusilə inkişaf etməyə başlayıb. Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü 70-80- ci illərə təsadüf edir. Həmin illərdə respublikaya rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyevin bu sahənin inkişaf etdirilməsinə göstərdiyi xüsusi diqqət o dövrün rəsmi sənədlərində geniş şəkildə öz əksini tapır.
Həmçinin, 90-cı illərdə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sektoru da inkişaf etməyə başladı, ölkədə bu yeni sektorun inkişafı prosesi sürətlənirdi, Azərbaycanın internet seqmenti genişlənirdi.
Son illər ərzində beynəlxalq ekspertlər Azərbaycanda informasiya texnologiyalarının sürətlə inkişafı qeyd edirlər. İKT sahəsi üzrə gəlirlərin artım tempi son illər ərzində dünya üzrə artım tempini bir neçə dəfə üstələyib. Təkcə 2012-ci il ərzində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının və Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması haqqında sənədlər imzalanıb. Cari ilin noyabrında illik Bakutel sərgi-konfransı ilə yanaşı, Bakıda dünya əhəmiyyətli İnternet İdarəçilik Forumu (IGF 2012) da keçirilib. Bütün bunlar hökumət tərəfindən İKT sektoruna böyük diqqətin yetirilməsini bir daha sübut edir. Yığıncaqda Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin fəaliyyətlərinə böyük diqqət və qayğıya görə iştirakçılar adından dövlət başçısına dərin minnətdarlıq ifadə olunmuşdur.
Tədbirin sonunda Rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə, 06 dekabr - Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə günü münasibəti ilə Qaradağ Rayon Məhkəməsinin 8 əməkdaşı qiymətli hədiyyələr və Qaradağ Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi