05-12-2016 [18:07]
Dünyada baş verən qlobal iqtisadi böhranın təsirləri Azərbaycana da təsirsiz ötüşmür. Xüsusilə noyabrın 28-də Tarif Şurasının kommunal xidmət haqlarının dəyişdirilməsilə ilə bağlı verdiyi son qərarı əhalidə şok effekti yaradıb. Bu fonda bir çox rəsmilərin, hökumət nümayəndələrinin gələcəklə bağlı qeyri-nikbin açıqlamaları əhalini pessimizmə sürükləyir.
"Azərbaycanda böhran müzakirə mövzusu deyil”
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc vəziyyəti böhranlı kimi qiymətləndirmək fikrindən çox uzaq olduğunu qeyd edib:
"Çünki dünyada, qeyd olunan istilahın alt qatında dayanan iqtisadi parametrlər var. O təxminən həmin şəraiti özündə ehtiva edir ki, hökumət ümumən əhali qarşısında vətəndaşların ən ümdə problemlərini belə, yerinə yetirə bilmir. Bütün öhdəliklərini gerçəkləşdirmək imkanı olmur. Hətta bir az irəli gedib söyləyim ki, hökumətlərin bununla bağlı ölkədə defolt elan etməsi və buna bağlı beynəlxalq borclarını yerinə yetirə bilmədiyini elan etməsi kimi bir şəraitdən söhbət açılır. O cümlədən büdcənin formalaşması qeyri-mümkün olur. Müvafiq dövlət institutları həmin şəraiti yarada bilmir. Belə şəraitdə əvvəlcə iqtisadi, sonra isə siyasi böhranın bütün əlamətləri cəmiyyət üçün özünü göstərir. Düşünürəm ki, Azərbaycanda belə vəziyyət müzakirə mövzusu deyil”.
"Manat həm də sabit inam mücəssiməsi idi”
Parlament üzvü deyib ki, iki devalvasiyanın fonunda vətəndaşların bank qurumları ilə kütləvi problemləri yaranıb: "Bu o deməkdir ki, hökumətin atdığı addım vətəndaşların öhdəliklərini artırıb, onlar əvvəlki iqtisadi təşəbbüskarlıqlarını göstərib sosial layihələrini həyata keçirmək imkanından məhrum olublar. Birinci ən vacib görünən məsələ budur. İkincisi, manatın məzənnəsinin uzun illər ərzində sabit saxlanması bu ətrafda insanların ölkənin gələcək həyatı ilə bağlı bütün proqramlarına geniş meydan vermişdi. Belə demək mümkündür ki, manat sadəcə iqtisadi fenomen kimi sabit olmayıb, həm də ölkənin gələcəyi ilə bağlı sabit inam mücəssiməsinə çevrilib. İndi isə vətəndaşlar hər gün sanki hansı kabinetdə nə isə qərar veriləcəyini gözləyirlər.
Hazırda vətəndaşlar kütləvi olaraq son manatını da dollara çevirməyə, dollar ajiotajı yaşamağa məcbur qalıblar. Bu şübhəsiz ki, istənilən hökumət üçün ciddi problemdir. Biz büdcə müzakirələrində də bunu dilə gətiririk. Son üç gün komitələr səviyyəsində 2017-ci illə bağlı müzakirələrdə ölkənin maliyyə-iqtisadi blokunu təmsil edən şəxslər müəyyən qədər resessiya elementlərini, yəni ümumi daxili məhsulun 2,3 faizə qədər aşağı düşəcəyini, büdcə gəlirlərinin azalacağını söyləməsi reallıqların etirafıdır. O biri yandan prosesin nəzarətdə olduğu mesajını da verdilər. Bir sıra başqa sahələrdə, ordu xərclərindən tutmuş müxtəlif layihələrin, sosial proqramların yerinə yetirilməsinə qədər onların qüvvədə saxlanıldığı, gələn il də bu sahədə hər hansı bir kəskin qayçılamanın həyata keçirilməyəcəyini söylədilər”.
"2017-ci ilin ortalarında vəziyyət düzələcək”
Deputat bildirib ki, bəzən media, cəmiyyət, vətəndaşlar çox böyük eyforiyanı, nikbinliyi bölüşən məmuru ittiham edir, reallığı deyəni isə tənqid edirlər:
"Bəzən nikbin danışan üçün deyilir ki, onun əhvalı cəmiyyətin yaşantılarına uyğun deyil. O, öz aləmində yaşayır və vətəndaşlarla ünsiyyət körpüsünü yaxşı qura bilmir. Bunu qüsur kimi qiymətləndirirlər.
Bəzənsə, nisbi bir reallığın etirafı belə, insanlarda xəyal qırıqlığı yaradır, sabaha inamlarını azaldır. Bildiyiniz kimi, sabah parlamentdə hökumətlə birgə büdcə müzakirələri davam etdiriləcək, kommunikasiya problemi haqqında danışacağıq. Amma düşünürəm ki, ölkə başçısının siyasi iradəsi, atılan indiki çevik addımlar, həyata keçirilməsi nəzərdə tutulan və hələ ki söylənməyən bir sıra dəyişikliklər, yeniliklər ona əminlik yaradır ki, bu problemlərdən 2017-ci ilin ortalarına doğru çıxmaq mümkün olacaq.
Həyata keçirilən kompleks tədbirlər mənfi tendensiyaları ən azı dondurmağa şərait yaradacaq və cəmiyyətdə formalaşan pessimist nöqtələri durdurmaq mümkün olacaq. Eyni zamanda hər birimizin, ictimai əlçatan adamların, cəmiyyətlə ünsiyyət quran kimsələrin bu dönəmdə hər bir ifadəsinə diqqətli yanaşması tələb olunur. Biz vəziyyəti izah etməkdən, insanlarla çox sağlam ünsiyyət qurmaqdan, informasiya vaakumunu doldurmaqdansa, buna əlavə mənfi ton verən mövqelərdən çəkinməliyik. Amma bir daha söyləyirəm ki, istər parlament üzvlərinin, istər digər hökumət təmsilçilərinin üzərinə edilən hücumlar başadüşüləndir. Necə deyərlər siyasət adamlarının taleyi budur. Önəmli məsələ onların istəkləri, mövqeləri cəmiyyətin problemlərinin həlli üçün atdığı addımlar arzu etdiyimiz səviyyədə olsun. Yəni 1 il sonra kiminsə adına, şəxsiyyətinə edilən hücumlar unudulacaq. Amma bu dövlət qalıcıdır, ona görə də bu ölkənin azadlığını qorumaq önəmlidir. Onun təhlükəsizliyini təmin etmək önəmlidir. Bunları həll etdiyimiz təqdirdə, ayrı-ayrı şəxslərin karyera itkisi və nüfuz aşınması o qədər də böyük faciə deyil”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi