?Uzaq hüquqları üzrə pilləli tədris? layihəsinin yekunlarına dair mərasim keçirilib

img

21-05-2010 [04:43]


Bu gün Təhsil Nazirliyində ?Uşaq hüquqları üzrə pilləli tədris? layihəsinin yekunlarına həsr olunmuş mərasim keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə tədbirdə çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Elmira Süleymanova bildirib ki, ?Uşaq hüquqları üzrə pilləli tədris? layihəsi Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili və BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndiliyinin təşkilatçılığı ilə həyata keçirilib. Bu ilin əvvəlindən reallaşdırılan layihə Bakı çəhərində pilot seçilmiş 3 orta ümumtəhsil məktəbini əhatə edib. Layihə çərçivəsində şagirlərə uşaq hüquqlara tədris olunub, eləcə də şagirdlər özlərindən bir pillə aşağı siniflərdə təhsil alanlara öyrəndiklərini tədris ediblər. Tədris prosesində ?Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular? və ?Uşaq hüquqları hamı üçün? adlı vəsaitlərdən istifadə olunub. Mərasimdə ?Uşaq hüquqları üzrə pilləli tədris? layihəsi çərçivəsində fərqlənən şagirdlər sertifikatlarla təltif olunublar. [b]Rəhilə Manafova[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA