Bakıda qayınana hamilə gəlinini döyüb - Xəstəxananın ginekologiya şöbəsində

img

03-12-2016 [12:22]


Bakıda xəstəxananın ginekologiya şöbəsində qayınana gəlinini döyüb.

Mia.az "Report"a istinadən xəbər verir ki, 3 saylı Şəhər Klinik Xəstəxanasının Ginekologiya şöbəsində 1997-ci il təvəllüdlü Əliquliyeva İnci Ramazan qızı qayınanası tərəfindən döyülüb.

Qeyd edək ki, İ.Əliquliyeva 5 aylıq hamilədir. O, ağrılarla bağlı xəstəxanaya müraciət edib və xəstəxanaya qayınanası ilə birlikdə gəlib. Özünün dediyinə görə, o hamiləliyi ilə bağlı qayınanası tərəfindən təhqir edilərək döyülüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA