Sel suları dəmiryolunu iki hissəyə ayırdı

img

21-05-2010 [01:59]


Kür çayının məcrasından çıxması və suyun səviyyəsinin qalxması ilə əlaqədar bütün nəqliyyat-yol kompleksi, o cümlədən ?Azərbaycan Dəmir Yolları? Qapalı Səhmdar Cəmiyyətinin kollektivi gücləndirilmiş iş rejiminə keçib. Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, daşqınlar nəticəsində dəmir yolunun Şirvan-Astara istiqamətində problemlər yaranıb. Artıq məlum olduğu kimi, 9 may saat 16. 30-dan etibarən Astara istiqamətində qatarların hərəkəti dayandırılıb. Osmanlı-Azadkənd mənzilini sel suları basdığına görə 15-ci km-də subasmanın qarşısını almaq üçün yarılan yol yatağı 80 metrə qədər genişlənib. Son məlumata görə, həmin istiqamətdə 10 kilometrə yaxın yolun torpaq yatağı sel suları nəticəsində çökməyə məruz qalıb. Artıq bərpa işləri gedir. Daşqınların yaratdığı fəsadları aradan qaldırmaq üçün Osmanlı-Azadkənd mənzilini 15-ci kilometrində yeni körpünün salınmasının və yolun bərpasının layihəsi hazırlanır. Ümumiyyətlə, 6-7may 2010-cu ildə Kür çayının daşması ilə əlaqədar Şirvan-Osmanlı və Azadkənd sahəsində dəmir yolunda görüləcək işlər aşağıdakılardan ibarətdir: 2 ədəd 2000 mm-lik dəmir-beton borunun tikintisi; 100 p/m. yolun torpaq yatağının bərpası; 100 p/m. yolun üst quruluşu elementlərinin (rels şpal, bərkidicilər və ballast qatı) quraşdırılması; 10 km məsafədə torpaq yatağında yaranmış bir tərəfli yatmaların ləğv olunması; rabitə və yan elektrik xətlərinin bərpa olunması. Bu arada dəmir yolunun Şirvan-Astara istiqamətində daşqınların yaratdığı fəsadlar artmaqda davam edir. Kürdə suyun səviyyəsinin artması ilə əlaqədar dəmir yolunun Azadkənd-Salmanlı mənzilinin 19-cu, 21-ci ( 2 yerdə) və 24-cü kilometrlərində də subasmanın qarşısını almaq məqsədi ilə dəmir yolunun yatağının altından suyun digər istiqamətə ötürülməsi dəmir yolu xəttinin altından yol açılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA