FHN Sarısu gölünün sahil mühafizə bəndinin bir hissəsinin yuyulması barədə məlumat yayıb

img

21-05-2010 [01:22]


21 may 2010-cu il tarixində gecə saatlarında Sarısu gölünün İmişli rayonu ərazisindən keçən hissəsində sahil mühafizə bəndinin bir hissəsi yuyulub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, nəticədə, rayonun Allahmədətli və Telişli kəndlərinin ətrafındakı bəzi ərazilər daşqın suları ilə dolub. Daşqın sularının törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların qüvvə və texnikasının köməkliyi ilə dağılmış bəndlərdə bərpa və bərkitmə işləri aparılır, müvafiq təhlükəsizlik tədbirləri görülür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA