02-12-2016 [20:52]
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında Memorandum imzalanıb.
AMEA-dan Mia.az-a verilən məlumata görə, memorandumun məqsədi elmi nailiyyətlərin və yeniliklərin istehsalatın müxtəlif sahələrində tətbiqi, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətlərinin inkişafına kömək göstərilməsi ilə bağlı birgə əməkdaşlıq münasibətlərini müəyyən etməkdir.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Memorandumdan irəli gələn məsələlər və görüləcək tədbirlər haqqında məlumat verib. Konfederasiya ilə əlaqələri yüksək qiymətləndirən AMEA rəhbəri bildirib ki, bu əməkdaşlıq ölkədə innovativ iqtisadiyyatın dəstəklənməsi, elm və istehsalat arasında əlaqələrin gücləndirilməsi, tətbiqi elmi araşdırmaların bazarın tələbatına uyğunlaşdırılması baxımından olduqca əhəmiyyətlidir.
AMEA-nın biliklər iqtisadiyyatı quruculuğu istiqamətində islahatları davam etdirdiyini qeyd edən akademik Akif Əlizadə əməkdaşlığın bu yöndə fəaliyyətə, texnoloji, elmtutumlu milli məhsulların istehsalına və ölkədə intelektual biznesin formalaşdırılmasına böyük töhfə verəcəyini vurğulayıb.
Sonra Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edib. Təşkilatın fəaliyyət istiqamətləri haqqında məlumat verən Məmməd Musayev bildirib ki, ASK Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına təkan verən, sahibkarların fəaliyyətini əlaqələndirən, hüquqi və iqtisadi mənafelərini müdafiə edən, onlara ölkədə və xaricdə tərəfdaşlar tapmağa kömək edən bir təşkilatdır. Konfederasiya prezidenti ASK-nın ölkənin yüksək iqtisadi səmərəliliyə nail olması, dünya iqtisadi sisteminə uğurlu inteqrasiyası üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsində fəal iştirak etdiyini deyib. ASK-nın sosial-iqtisadi yönümlü beynəlxalq təşkilatların üzvü olduğunu, eləcə də respublikamızın xarici ölkələrdəki səfirlikləri ilə sıx əməkdaşlıq etdiyini qeyd edib.
Hazırda ölkədə elm sahəsinə yeni yanaşmanın formalaşdığını söyləyən Məmməd Musayev AMEA ilə əməkdaşlığı elmlə biznesin bütünləşməsi baxımından mühüm addım kimi qiymətləndirib. Gələcəkdə elm-biznes sektorunun inkişafını təmin etmək üçün elm adamlarının sahibkarlarla birgə fəaliyyətinə böyük ehtiyac yarandığını vurğulayıb.
Tədbirdə məhsulların istehsalında elmi nailiyyətlərin tətbiqi, elmi-texniki xidmətlərin göstərilməsi, yüksəkixtisaslı kadr hazırlığında elm, təhsil və istehsalat arasında əlaqələrin möhkəmləndirilməsi, müştərək layihələrin həyata keçirilməsi, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində AMEA ilə ASK-nın birgə inkişaf proqramlarının hazırlanması, sahibkarlığa dair konfederasiyanın təcrübəsinin öyrənilməsi və digər prioritetlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib. Müzakirə olunan məsələlər ətrafında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev, AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyev, "Mətanət A” şirkətinin prezidenti Elxan Bəşirov, "Neuron Technologies” MMC-nin direktoru İsmayıl Ələkbərov, AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin müdiri, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Vüqar Babayev, AMEA Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, geologiya-mineralogiya elmləri doktoru Çingiz Qaşqay və digərləri çıxış edərək, qurumlar arasında əməkdaşlığın elm və istehsalat münasibətlərinin uğurlu inkişafına nail olmaq baxımından əhəmiyyətini vurğulayıblar.
Memorandumu AMEA-nın prezidenti, akademik Akif Əlizadə və ASK-nın prezidenti Məmməd Musayev imzalayıblar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi