?Hər bir uzağın hüququ var!? Milli Kampaniyası bazlayır

img

21-05-2010 [12:45]


Azərbaycan Uşaqlarının I Forumunun Bəyannaməsindən irəli gələrək ?NUR? Uşaq və Gənclərin İctimai Birliyi 1 iyun ? Uşaqların Beynəlxalq Müdafiə Günü ərəfəsində ?Hər bir uşağın hüququ var!? Milli Kampaniyasına başlayır. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Kampaniyanın həyata keçirilməsində məqsəd uşaqların və eləcə də onları əhatə edən insanların uşaq hüquqlarına dair məlumatlılıq səviyyəsini yüksəltmək, uşaqların onların həyatları ilə bağlı təşəbbüskarlığını və iştirakını gücləndirmək, o cümlədən uşaqlara münasibətdə böyüklərin məsuliyyətini artırmaqdan ibarətdir. Kampaniya 1 il davam edəcək. ?Hər bir uşağın hüququ var!? Milli Kampaniyası çərçivəsində ilk tədbir olaraq 22 may 2010-cu il tarixdə Bakı-Xaçmaz istiqamətində avtobus turu reallaşacaq. Bakıdan 30 nəfər uşaq Şabran, Quba və Xaçmazda öz həmyaşıdları ilə görüşəcək, uşaqların hüquqları və iştirakına dair müzakirələr aparacaqlar. Bu görüşlərdə 500 nəfərin iştirakı gözlənilir. Avtobus turunun iştirakçıları Qubadakı Soyqırım Məzarlığını da ziyarət edəcəklər. Qeyd etmək istəyirik ki, cari il ərzində daha 10 regiona avtobus turunun təşkili nəzərdə tutulub. ?Hər bir uşağın hüququ var!? Milli Kampaniyasına başlaması münasibətilə ?NUR? UGİB sədri Sevinc Muradova demişdir ki, uşaqlar bütün nemətlərin ən şirini, bütün varlıqların ən qiymətlisidir, həm də ən çox qayğıya və müdafiəyə ehtiyacı olanlardır. Məhz uşaqların inkişafı və sosial dəstəyi dünyanın gələcəyini müəyyən edəcək və heç bir məsələ uşaqların mövcudluğu və inkişafından vacib deyil. Uşaqların böyüyərək məsuliyyətli və layiqli vətəndaş kimi yetişmələri, cəmiyyətin inkişafında əvəzsiz rollarını oynaya bilmələri üçün onlar inkişaf və iştirak hüquqlarından istifadə etməlidirlər. Uşaqların hüquqlarının təmini bir başa və ya dolayısı ilə hər bir insanın həyatına toxunur. *** "NUR" Uşaq və Gənclərin İctimai Birliyi uşaqların təşəbbüsü ilə 1999-cu ildə yaradılmış və 30 iyun 2003-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Təşkilatın başlıca missiyası uşaq və gənclərin sosial, iqtisadi, mədəni sahələrdə problemlərin həlli sahələrdə problemlərin həlli və onların maarifləndirməsidir. BMT-nin Baş Katibi Ban-Ki Mun, BMT Baş Assambleyanın Prezidenti Əli Əbdülsalam Treki, UNİCEF-in İcraçı Direktoru Anna Veneman, San Marinonun Xarici və Siyasi Məsələlər üzrə Katibi Antonella Mulorani iştirakı ilə 25 fevral 2010-cu il tarixdə Nyu-York şəhərində keçirilmiş təqdimat mərasimində ?NUR? UGİB San Marino ? UNİCEF Uşaq mükafatına layiq görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA