Ölkə ərazisində leysan və dolu proqnozlazdırılar

img

21-05-2010 [12:00]


Bakıda və Abşeron yarımadasında bu gün tutqun hava şəraiti olacaq. Arabir açılan hava əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, axşama doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gündüz 22-24? isti, axşam 16-18? isti olacaq. Mayın 22-də havanın tutqun olacağı, 21-dən 22-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17? isti, gündüz 21-23? isti təşkil edəcək. Mayın 23-də axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 15-17? isti, gündüz 23-25? isti təşkil edəcək. Mayın 24-də də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 14-17? isti, gündüz 22-24? isti olacaq. Azərbaycanın rayonlarında həftəsonu əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi, gündüz tədricən kəsiləcəyi ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-17? isti, gündüz 23-28? isti, dağlarda gecə 7-11? isti, gündüz 15-20? isti olacaq. Mayın 23-24-də yağış yağacaq, şimşək çaxacaq. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-18? isti, gündüz 23-28? isti, dağlarda gecə 7-10? isti, gündüz 15-20?, bəzi yerlərdə 23?-dək isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA