Azərbaycanda Rektorlar Şurası yaradılacaq - Nazir danışdı

img

02-12-2016 [11:28]


Bu ilin sonuna kimi Azərbaycanda Rektorlar Şurası yaradılacaq.
 
APA-nın xəbərinə görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov "Təhsilin keyfiyyətinin təmin edilməsində akkreditasiyanın rolu” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.
 
Nazir qeyd edib ki, Rektorlar Şurasının yaradılması üçün bu ay təsis iclasının keçirilməsini nəzərdə tutulur. 

Onun sözlərinə görə, belə bir şuranın mövcudluğu ali təhsil problemlərinin həllinə yardım göstərəcək, eyni zamanda Təhsil Nazirliyi və təhsil mütəxəssisləri ilə birgə keçirilən ictimai müzakirələr ali təhsilə aid mövzuların, məsələlərinin həllinə töhfə verəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA