Nazir Fazil Məmmədovdan ilginc - Təyinatlar

img

02-12-2016 [11:10]


Vergilər Nazirliyində kadr dəyişikliyi olub.
 
Mia.az APA-ya istinadən xəbər verir ki, Natiq Şirinov Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi təyin olunub. N. Şirinov bundan öncə vergilər nazirinin müşaviri vəzifəsində çalışıb. 

Maraqlıdır ki, sonuncu vəzifəsində mütəxəssis 1 ay qalıb.
 
Bundan başqa, Zaur Fətizadə Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin rəisi vəzifəsinə təyin olunub. Bundan öncə Z. Fətizadə Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi olub.
 
Bunadək Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi olan İlqar Əhmədov nazirin müşaviri təyin olunub. Bununla yanaşı, İ. Əhmədov əvvəlki vəzifəsini müvəqqəti icra edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA