Prezident ilham Əliyev paytaxtda piyada keçidlərinin açılızında iztirak edib

img

20-05-2010 [10:36]


Azərbaycan Prezidenti İlham Əliyev mayın 20-də paytaxtın müxtəlif yerlərində yenidən qurulmuş və yeni inşa olunmuş piyada keçidlərinin açılışında iştirak edib. Dövlət başçısı əvvəlcə Füzuli meydanında əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş yeraltı piyada keçidi ilə tanış olub. Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi tədbirləri çərçivəsində əsaslı şəkildə yenidən qurulmuş piyada keçidində görülmüş işlər barədə məlumat verib. Prezident İlham Əliyev keçidin əvvəlki vəziyyətini əks etdirən fotoşəkillərə baxıb. Bildirilib ki, keçiddə 35-ə yaxın kiçik ticarət köşkləri də var. Sonra Prezident İlham Əliyev Hüseyn Cavid prospektində, Azərbaycan Texniki Universitetinin binası qarşısında yeraltı piyada keçidində aparılmış yenidənqurma işləri ilə də tanış olub. Uzunluğu 27 metr olan keçidin divarları, döşəməsi, işıq sistemi tamamilə yeniləşdirilib. Dörd giriş-çıxışı olan keçiddə yenidənqurma işləri zamanı yerli və xarici materiallardan istifadə olunub. Yenidənqurma işləri ən müasir səviyyədə həyata keçirilmiş keçidin pilləkənlərində əlil arabaları üçün panduslar düzəldilib, müşahidə kameraları quraşdırılıb. Piyada keçidində yağış və süxur sularının axıdılması üçün drenaj xətləri inşa olunub. Dövlət başçısı yeraltı keçidi gəzib və burada görülmüş işlərdən razılığını bildirib. Daha sonra Prezident İlham Əliyev Binəqədi rayonunda, Azadlıq prospektində inşa edilmiş yerüstü piyada keçidinin açılışında iştirak edib. Prezident İlham Əliyev nəqliyyatın hərəkətinin sıx olduğu ərazidə inşa edilmiş keçidin açılışını bildirən lenti kəsib və keçid ilə yaxından tanış olub. Nəqliyyat naziri Ziya Məmmədov məlumat verib ki, nazirliyin sifarişi əsasında tikinti işlərinə 2009-cu ilin iyulunda başlanıb. Keçidin texniki göstəriciləri ilə tanış olan Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA