QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirildi

img

20-05-2010 [06:31]


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şuranın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, Şura sədri Azay Quliyev layihələrə ayrılan maliyyə vəsaitinin effektiv xərclənməsi, səfər qrantları və Qarabağ münaqişəsinə aid Azərbaycan həqiqətlərinin təbliğində Şuranın dəstəyindən səmərəli istifadə olunması barədə danışıb. Şura üzvləri Tahir Süleymanov, Əliməmməd Nuriyev, Rəna Mirzəzadə, Gülnarə Hüseynova, Dilarə Əliyeva və başqaları müzakirə edilən məsələlərlə bağlı öz fikirlərini bildiriblər. Şura üzvləri ayrı-ayrı kollektivlərlə görüşlərin təşkili və vətəndaş cəmiyyəti dəyərlərinin təbliği haqda da fikir mübadiləsi aparıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA