01-12-2016 [16:53]
Ermənistan prezidentinin mətbuat xidmətinin rəhbəri Vladimir Akopyan Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılmasının müzakirə mövzusu olmadığını bildirib.
O, "Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında bir şərtlərinin olduğunu deyib.
"Hansısa ərazinin qaytarılması məsələsi Qarabağın statusunun müəyyənləşdirilməsi halında müzakirə oluna bilər”, - o qeyd edib.
Ermənistan prezidenti Serj Sərkisyan "Rusiya bu gün” agentliyinə müsahibəsində qeyd etmişdi ki, Qarabağın statusunun müəyyən edilməsi şərti ilə yeddi rayonun qaytarılmasını nəzərdə tutan sənəd mövcud olub, lakin Bakı bununla razılaşmayıb.
Ermənistan rəhbərliyinin yenidən əvvəlki mövqelərinə qayıdaraq, sülh danışıqlarını dalana salmaq cəhdləri müşahidə olunur. Halbuki, aprel müharibəsindən sonra ərazilərin qaytarılması və münaqişənin həll olunması istiqamətində ciddi irəliləyişin olduğu deyilirdi.
Ermənistanın "lragir” saytı da V.Akopyanın bu açıqlamasının şübhəli olduğunu yazıb:
"Əslində hakimiyyətin ərazilərin qaytarılmasını müzakirə etməyə razı olduğu məsələsi yeni deyil. Serj Sərkisyanın özü də təsdiq edib ki, 2011-ci ildə Kazanda razılaşmanı imzalayırdı, lakin sonda Bakı razılaşmadı. Aprel müharibəsindən sonra isə vəziyyət dəyişdi. Əgər aprelə qədər qaytarılacaq rayonların sayı 5, yaxud 3 idisə, apreldən sonra erməni tərəfi 7 rayon haqqında danışır. Akopyanın sözlərindən belə anlaşılır ki, aprel müharibəsindən sonra "Qarabağda əhalinin təhlükəsizliyini nəzərə alaraq, ətrafdakı ərazilərin qaytarılması” nəzərdə tutulur. Hətta o, Qarabağın statusunun müəyyən edilməsi məsələsini əsas tutsa da, görünən odur ki, Ermənistan rəhbərliyi ərazilərin qaytarılmasına razıdır”.
Erməni politoloq Riçard Kirakosyan isə qeyd edib ki, Rusiya Azərbaycanla münasibətlərini yaxşılaşdırmaqda davam edir:
"Bu, Qarabağ üçün təhlükəlidir. Xüsusilə ABŞ-la münasibətlərin yoluna qoyulması Rusiyanın əl-qolunu açacaq. Amerika və Rusiya qarşılıqlı güzəştə gedə və müəyyən ərazilərdə bir-birinin hakimliyini tanıya bilərlər. Əgər belə olarsa, Rusiyanın Cənubi Qafqazda təkbaşına hərəkət etməsinə Amerika razı olacaq. Bu isə Moskvanın Qarabağ məsələsində birtərəfli təşəbbüslərlə çıxış etməsinə imkan yaradacaq. Xüsusilə münaqişə zonasına öz sülhməramlılarını yerləşdirmək istəyəcək. Son nəticə Azərbaycanın xeyrinə olacaq”.
R.Kirakosyan hesab edir ki, regionda yeni eskalasiya da baş verə bilər.
"Baş verənlər Ermənistanın regionda təklənməsinə səbəb ola bilər. Bu isə ərazilərin qaytarılmayacağı halda, müharibənin tezliklə başlanması deməkdir. Biz Qarabağda yeni müharibəni gözləməli və hazırlaşmalıyıq”, - o, bildirib.
ABŞ-ın xarici siyasət üzrə Məsləhət Şurasının əməkdaşı, məşhur ekspert Stiven Blankın "cacianalyst” saytında dərc olunan məqaləsində irəli sürdüyü fikirlər də diqqət çəkir.
Amerikalı ekspert hesab edir ki, Rusiya Qarabağ münaqişənin həllinə start verəcək: "Sadəcə olaraq, müəyyən istəkləri var. Misal üçün, Azərbaycandan Avrasiya İqtisadi İttifaqına üzv olmasını istəyə bilər, yaxud başqa bir şey. Lakin görünən odur ki, münaqişənin həlli qaçılmazdır və ruslar bunu edəcəklər”.
Publika.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi