İlham Əliyev yenidən MOK prezidenti seçildi - Nazirdən açıqlama

img

01-12-2016 [15:45]


Azərbaycan Prezidenti İlham Əliyev yekdilliklə Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilib.

Bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib. 

O bildirib ki, seçki MOK-un bu gün keçirilən Hesabat-Seçki Konfransı çərçivəsində baş tutub: 

"Konfransda iştirak edən MOK üzvləri yekdilliklə, böyük həvəs və sevinc hissi ilə cənab prezidenti yenidən MOK-un prezidenti seçdilər. Bu münasibətlə idman ictimaiyyəti adından dövlətimizin başçısını təbrik edirik. Bugünkü böyük nailiyyətlərimizin əsasını idmançının əsl dostu, idmana böyük köməklik göstərən, dəstək olan cənab prezident qoyub. Ona böyük uğurlar arzulayırıq".

Qeyd edək ki, Prezident İlham Əliyev MOK-a 1997-ci ildən rəhbərlik edir.

report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA