Əhməd Əhmədzadə: "Kür və Araz çaylarını ayıra bilərik"

img

20-05-2010 [04:01]


Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Azərbaycan prezidentinin sərəncamı ilə yaradılmış Hökumət Komissiyasının bu gün ilk iclası keçirilib. Baş nazir Artur Rasi-zadənin sədri olduğu komissiyanın iclasında təbii fəlakətin nəticələrinin aradan qaldırılması yolları müzakirə olunub. ANS TV-nin təbii fəlakət baş verən bölgəyə ezam olunmuş müxbrinin məlumatına görə, iclasdan sonra "Meliorasiya və Su Təsərrüfatı" Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə jurnalistlərə açıqlamasında bildirib ki, iclasda fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı daha genişmiqyaslı işlərin görülməsi barədə tapşırıqlar verilib. ?Komissiyanın iclasında əsas məsələ Kür və Araz çayının yükünün azaldılması olub. Bu istiqamətdə digər axarların tapılması ilə çaylarda gərginliyin aradan qaldırılması nəzərdə tutulur. Əgər bu mümkün olmasa, Kür və Arazın birləşməsi ayrılacaq. Yəni Suqovuşan bağlanacaq. Hər iki çay ayrı-ayrılıqda Xəzər dənizinə töküləcək?, deyə Ə. Əhmədzadə qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA