Prezident daha bir sərəncam verdi, bu İnvestisiya layihələri rüsumdan azad olundu

img

30-11-2016 [19:25]


Azərbaycan prezidenti İlham Əliyev "Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2016-cı il 14 oktyabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Bununla da İnvestisiya layihələrini "Tik - idarə et - təhvil ver" modelinə uyğun həyata keçirən investorların dövlət rüsumunu ödəməkdən azad edən qanun qüvvəyə minib. 
 
Qeyd edək ki, qanunun 3.3-cü maddəsinə əsasən, investisiya layihələrini "Tik - idarə et - təhvil ver" modelinə uyğun həyata keçirən investorlar "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanuna əsasən həyata keçirdikləri fəaliyyətlə bağlı dövlət rüsumlarını ödəməkdən azaddır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA