Nazir keçmiş rəis Zaur Cəfərova yeni vəzifə verdi - Təyinat

img

30-11-2016 [17:59]


Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin keçmiş rəisi, polkovnik-leytenant Zaur Cəfərov yeni vəzifəyə təyin edilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Zaur Cəfərov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində Axtarış şöbəsinin rəisi vəzifəsinə təyin olunub. O, artıq bir həftədir yeni işinin icrasına başlayıb.

Qeyd edək ki, Zaur Cəfərov ötən il daxili işlər nazirinin əmri ilə Səbail rayon DYP-nin rəisi vəzifəsindən azad edilmişdi. Buna səbəb isə araşdırma zamanı onun ilin yarıdan çoxunu xarici ölkələrdə olması faktının üzə çıxması idi. 

Zaur Cəfərovun atası da yol polisi sistemində işləyib(Avtosfer.az).

Mia.az xəbər verir ki, əslən İsmayıllı rayonundan olan cəfərovlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşovla qohum olublar. Zaur Cəfərov Qaraşovun qızı ilə ailə qurub.

Zaur Cəfərovun bacısının həyat yoldaşı Fuad Cəbrayılov isə Abşeronda uzun müddət  Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işləyib. O, hazırda Abçerin İcra Hakimiyyəti başçısının müavinidir. Fuad Cəbrayılovun da adı qayını kimi təkzib olunmayan müxtəlif qalmaqallarda çox hallanıb...

Mia.az  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA