Bu universitetin tələbələrinə kredit veriləcək - Rəsmi

img

30-11-2016 [17:27]


"Maarifçi" Tələbə Kredit Fondu ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
 
Təhsil Nazirliyindən verilən xəbərə görə, müqaviləyə əsasən Azərbaycan Dövlət Aqrar Universitetinin aztəminatlı ailələrdən olan tələbələri fondun təqdim etdiyi təhsil kreditlərindən yararlana biləcək. "Maarifçi” Tələbə Kredit Fondu artıq 14 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir.
 
Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış "Maarifçi” Tələbə Kredit Fondu Azərbaycan Dillər, Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Texniki, Azərbaycan Dövlət İqtisad, Azərbaycanda Memarlıq və İnşaat, Bakı Dövlət, Bakı Slavyan, Gəncə Dövlət və Sumqayıt Dövlət universitetləri tərəfindən təsis olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA