"Xəbər məni olduqca kədərləndirdi" - İlham Əliyev

img

30-11-2016 [14:28]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Mişel Temerə başsağlığı məktubu göndərib.

Mia.az məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Prezident,

Kolumbiyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Braziliya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA