İlham Əliyev işıq və qaz pulu ilə bağlı tapşırıq verib - Nazirdən açıqlama

img

30-11-2016 [12:48]


"İki gün əvvəl Tarif Şurası tərəfindən qəbul olunan qərarla bir sıra enerji məhsulları üzrə diferensiallaşmış tariflərin tətbiq olunması məqsədəuyğun hesab edilib. Bununla əlaqədar, 2017-ci ilin dövlət büdcəsinin Milli Məclisə təqdim edilmiş layihəsində nəzərdə tutulan gəlirlər üzrə daxilolmaların artacağı gözlənilir”.

Mia.az Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov noyabrın 30-da Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq, təbii ehtiyatlar, energetika və ekologiya, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, aqrar siyasət, ictimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında bildirib.

Nazir qeyd edib ki, prezident İlham Əliyevin tapşırığı ilə həmin gəlirlərin əhəmiyyətli hissəsi əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinə yönəldiləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA