İlham Əliyev icra başçılarına yeni tapşırıq verdi - Fərman

img

29-11-2016 [18:18]


Prezident İlham Əliyev 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Mia.az xəbər verir ki, fərmana əsasən "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.5.2-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilir və aşağıdakı məzmunda 3.5.2-1-ci yarımbənd əlavə edilir:

"3.5.2-1. müvafiq ərazidə fəaliyyət göstərən malların istehsalçıları və onların istehsal etdikləri mallar barədə məlumatların Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 sentyabr tarixli 2349 nömrəli sərəncamı ilə yaradılmış internet portalında yerləşdirilməsinin təmin edilməsi istiqamətində təşviqedici tədbirlər həyata keçirir və yenilənərək aktual saxlanmasına nəzarət edir;”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA