Ramil Usubova yeni səlahiyyət verildi - Qanun

img

29-11-2016 [17:40]


Milli Məclisin bu gün keçirilən iclasında "Məhkəmə və hakimlər haqqında" qanuna və Cinayət-Prosessual Məcəlləyə dəyişiklik müzakirə edilib.

"Məhkəmələr və hakimlər haqqında” qanunun 101-ci maddəsinə edilən dəyişikliyə əsasən, hakim haqqında cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi barədə Azərbaycan Baş Prokurorunun təqdimatına daxil olduğu gündən 72 saat müddətində baxılacaq. Hazırda bu müddət 10 gündür.

Məcəllənin 236.4 və 244.1-ci maddələrinə edilən düzəlişlərə görə isə hüquq-mühafizə orqanlarının hal şahidləri olmadan axtarış və müsadirə həyata keçirməsinə imkan veriləcək, eyni zamanda bundan sonra prosesin video çəkilişi aparılırsa, hüquq-mühafizə orqanları əməkdaşlarının hal şahidləri olmadan da axtarış və müsadirə həyata keçirə biləcəyini nəzərdə tutulacaq.

Layihələr səsə qoyularaq qəbul olunub.

Beləliklə, Daxili İşlər Nazirliyi yeni səlahiyyət əldə edib.
APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA