“Onu mənə də deyin verək prokurorluğa, tutduraq” - Cavid Qurbanovdan hesab sordu

img

29-11-2016 [14:28]


Bakı Beynəlxalq Hava limanına çəkiləcək yeni dəmir yolu ilə bağlı detallar müəyyən olunub.

Modern.az-ın məlumatına görə, Bunu Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov deyib. C.Qurbanov söyləyib ki, hava limanına dəmir yolu çəkmək üçün investisiya lazımdır: "Hava limanına dəmir yolunun çəkilməsini ya investisiya hesabına emtəliyik ya da biz pul qazanıb çəkməliyik. Bu, maliyyə vəziyyətinə görə hələ qalıb”.

O bildirib ki, hava limanına çəkiləcək yeni dəmir yolu Bakının Binə qəsəbəsindəki dəmir yol hissəsindən götürüləcək: "AZAL-la artıq ilkin razılaşdırmalar aparmışıq. Əslində hava limanına 2,5 kilometr yol çəkilməlidir. Bakıdan Binəyə qədər bizim dəmir yolumuz var. Binədəki dəmir yolundan hava limanına doğru bir xətt ayrılacaq. Bütün dünyada bu, qəbul olunan normadır. İnşallah gələcəkdə pul qazanarıq və daha yaxşı dəmir yolları çəkərik. Dəmir yollarını söküb satanları tanıyırsınızsa onu mənə də deyin verək prokurorluğa tutduraq”.

Qurum rəsmisi dəmir yollarında tətbiq olunacaq ASAN Xidmət sistemindən də danışıb: "Dəmir yollarında ASAN Xidmət sistemi yaradılır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA