Təhsil alan və məzun olmuz gənclər üçün iz imkanı yaradılır

img

20-05-2010 [12:53]


Ali təhsil məktəblərinin insan potensialının inkişafı, yüksək ixtisaslı və peşəkar mütəxəssislərin hazırlığı prosesində tədrislə istehsalat arasında sıx əlaqələrin yaradılması, eləcə də təhsil alan və məzun olmuş gənclərin məşğulluq problemlərinin həllinə köməkliyin göstərilməsi təhsil sisteminin konseptual əsaslarından biridir. Son illər ərzində respublikamızda gənclərin məşğulluğunun dəstəklənməsi üçün mühüm əhəmiyyətli tədbirlər həyata keçirilir və yeni iş yerləri açılır. Artıq 5 il ərzində davamlı olaraq Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən ənənəvi ?Məzun yarmarkası? tədbirlər sırasında xüsusi əhəmiyyət kəsb edır. 2006-ci ildən keçirilən ?Məzun yarmarkaları?nda 1800 nəfərdən çox gənc işlə təmin edilmişdir. Məzun yarmarkalarında dövlət qurumları, holdinq, bank, sığorta şirkətləri, istehsal müəssisələri, informasiya texnologiyaları və xidmət müəssisələri öz nümayəndələri vasitəsilə təmsil olunmaqla, potensial kadr ehtiyaclarıının təmin edilməsini həyata keçirir. Yarmarkanın keçirilməsində məqsəd ali təhsil müəssisələrində təhsil alan, eləcə də məzun olmuş gənclərin məşğulluq probleminin həllinə köməkliyin göstərilməsidir. May ayının 21-də Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ?Məzun ? 2010? V Respublika yarmarkası keçiriləcəkdir. Yarmarkada 70-dən yuxarı şirkət və təşkilatlar vakansiyalarla iştirak edəcək. Məzun yarmarkasının keçiriləcəyi ünvan: Azərbaycan Dövlət İqtisad Universitetinin 1 saylı tədris korpusu, İstiqlaliyyət küçəsi 6. Əlaqə telefonları: 492 15 09, 492 60 45, 492 67 95.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA