Gənclər üçün Təhsil Mərkəzi ekoloji yay məktəbləri təzkil edəcək

img

20-05-2010 [12:30]


Gənclər üçün Təhsil Mərkəzi cari ilin iyul və avqust aylarında əsas məqsədi gənclərin ekoloji biliklərinin artmasını və tərbiyə olunmasını təşviq edən ?Ekoloji yay məktəbləri? təşkil edəcək. Mərkəzdən MİA-ya-a verilən məluamata görə, yay məktəbləri zamanı gənclərə ətraf mühitlə bağlı praktiki biliklər veriləcək, onlarla birgə müxtəlif ekoloji aksiyalar, ekskursiyalar və digər tədbirlər təşkil olunacaq. Mərkəzin direktor müavini Elnur Axundovun verdiyi məlumata əsasən ?Ekologiya ili? çərçivəsində keçiriləcək bu tədbirlərdə yüzlərlə gəncin iştirakı təmin olunacaq və onlar əsasən müxtəlif regionlardan seçiləcəklər. O, yay məktəblərinin keçirilməsinin ölkəmizdə həyata keçirilən ekoloji maarifləndirmə işinə böyük töhfə olacağı ilə yanaşı, ictimaiyyətin də ekoloji tərbiyəsi işinə təkan verəcəyini xüsusi qeyd edib. Qeyd edək ki, yay məktəbləri Qəbələ, Quba və Lənkəran şəhərlərində keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA