Prezident ilham Əliyev təbii fəlakətlə əlaqədar Hökumət Komissiyası yaradıb

img

20-05-2010 [05:50]


Azərbaycan prezidenti İlham Əliyev Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Hökumət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, son vaxtlar yağan aramsız yağışlar nəticəsində bəzi rayonların ərazisində subasma halları baş verib, ilkin məlumatlara görə, 20 minə yaxın ev, 50 min hektardan çox əkin və örüş sahələri su altında qalıb, 300-dən çox ev uçub, 2 minə qədər ev qəzalı vəziyyətə düşüb, çoxsaylı infrastruktur və digər sosial təyinatlı obyektlər sıradan çıxıb. Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması, bölgənin iqtisadiyyatının və yaşayış məntəqələrinin bərpası, əhaliyə dəymiş ziyanın ödənilməsi və gələcəkdə belə halların qarşısının alınması üçün kompleks tədbirlərin hazırlanması məqsədi ilə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar aşağıdakı tərkibdə Hökumət Komissiyası yaradılıb: Komissiyanın sədri: Artur Rasizadə - Azərbaycan Respublikasının Baş naziri Komissiyanın üzvləri: Abid Şərifov - Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənov - Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri Ramil Usubov - Azərbaycan Respublikasının Daxili İşlər Naziri Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri İsmət Abasov - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri Əli Abbasov - Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Fizuli Ələkbərov - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Misir Mərdanov - Azərbaycan Respublikasının təhsil naziri Zeynal Nağdəliyev - Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Regional İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Kərəm Həsənov - Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Qərib Məmmədov - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Abbas Ələsgərov - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Arif Vəliyev - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri Səlim Müslümov - Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun sədri Əhməd Əhmədzadə - ?Azərbaycan Meliorasiya və Su Təsərrüfatı? Açıq Səhmdar Cəmiyyətinin prezidenti Nizaməddin Rzayev - ?Azərsu? Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev - ?Azərenerji? Açıq Səhmdar Cəmiyyətinin prezidenti Hökumət Komissiyasına tapşırılıb ki, yaşayış yerini itirmiş ailələrə ilk növbədə həyati əhəmiyyətli məsələlərin həllində zəruri köməklik göstərsin, mənəvi-psixoloji sarsıntıya məruz qalmış insanların reabilitasiyası tədbirlərini həyat keçirsin, uçmuş, qəzalı vəziyyətə düşmüş evlərin, infrastruktur və digər sosial təyinatlı obyektlərin siyahısını hazırlasın, təbii fəlakət nəticəsində əhaliyə dəymiş maddi ziyanın həcmi qiymətləndirilsin, müvafiq kompensasiyaların məbləğlərini müəyyən etsin və onların ödənilməsi ilə əlaqədar lazımi tədbirlər görsün, təbii fəlakətə məruz qalmış rayonların iqtisadiyyatının, sosial, aqrar, kommunal, enerji, rabitə, nəqliyyat və digər infrastrukturların bərpası və yenidən qurulması üçün tədbirlərin həyata keçirilməsinə dair təkliflərini 1 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, həyata keçirilən tədbirlər haqqında əhalinin məlumatlandırılmasını təmin etsin, təbii fəlakətlə bağlı görülən işlərin gedişi barədə Azərbaycan prezidentinə mütəmadi olaraq məlumat versin, gələcəkdə mümkün ola biləcək belə qarşısının alınması üçün kompleks tədbirlər dair təkliflərini 2 ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA