28-11-2016 [20:20]
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Borçalı” İctimai Birliyinin
geniş tədbiri keçirilib.
Tədbirdə birliyin təsisçiləri ilə yanaşı respublikamızın tanınınmış ziyalıları, alimləri, ali məktəblərin prorektor, professor, müəllimləri və dəvət olunmuş qonaqlar iştirak ediblər.
Birlikdən Mia.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Birliyin sədr müavini Şərif Kərimli əvvəlcə iştirakçıları "Borçalı” İctimai Birliyinin bəyanatı ilə tanış edib.
Həmin bəyanatda bildirilib ki, Borçalı” İctimai Cəmiyyətinin (Birliyinin) təsisçilərinin təşəbbüsü ilə 25 iyun 2016-cı ildə keçirilən növbədənkənar ümumi yığıncağının qərarı ilə cəmiyyətin əvvəlki rəhbərliyinin buraxdığı kobud səhvlərə görə sədr və idarə heyəti yenilənmiş və Ədliyyə Nazirliyində keçirilən növbədənkənar ümumi yığıncaq, yeni seçilmiş sədr və idarə heyəti üzvlərinin legitimliyi təsdiq olunub:
"Lakin köhnə sədr və onun ətrafındakı bir qrup şəxs ali dövlət qurumunun qərarına məhəl qoymur və Cəmiyyət adından qeyri-qanuni manipulyasiyalar etməkdə davam edirlər. Məhz elə bu cür separatçı hərəkətlərinə görə Gürcüstan hökuməti keçmiş sədrin bu ölkəyə girişinə qadağa qoyub. Biz "Borçalı” İctimai Cəmiyyətinin (Birliyinin) təsisçiləri bir daha bu hərəkətləri qətiyyətlə pisləyir və qanunun aliliyi, elimizin bütövlüyü, xalqımızın birliyi naminə belə özbaşınalığa son qoymağa çağırırıq".
Sonra tədbirin əsas mövzusu olan "Gürcüstanın azərbaycandilli məktəblərində yaranmış təhsil problemləri" ilə bağlı "Borçalı " İctimai Birliyinin sədri Kərəm Məmmədov ətraflı çıxış edib.
O, bildirib ki, Gürcüstanda yaşayan soydaşlarımızın sosial-iqtisadi, milli-mənəvi problemlərini Azərbaycan dövləti daim diqqət mərkəzində saxlasa da bir sıra ictimai cəmiyyətlər, o cümlədən "Borçalı” İctimai Birliyi də mütəmadi olaraq bu problemlərin müxtəlif səviyyələrdə qaldırılmasına və onların müsbət həllinə yardımçı olur:
""Borçalı” İctimai Birliyi gürcü dilinin cəngində boğulan zəngin koloritli Borçalı ləhcəsinin, demək olar ki, türk dilinin bütün lüğət tərkibini özündə ehtiva edən, Dədəm Qorqudun şirin dastan dilini ellərimizdə, obalarımızda, ən azı ailələrimizdə qoruyub yaşadan dialektlərimizi, şivələrimizi yad təsirlərdən müdafiə etməklə milli kimliyimizin və eyni zamanda milli birliyimizin varlığına çalışır.
Hazırda Gürcüstanın azərbaycandilli məktəblərində çalışan və Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyən müəllimlərin yaşı 65-70 arasındadır. Bu müəllimlərin savadına bizim şübhəmiz yoxdur. Lakin zamanın danılmaz dialektikası var: canlı aləm cavanlaşmasa, həyat cansıxıcı olar! Müəllimin cavanlaşması təkcə onun yaşı ilə bağlı deyil: həyat dəyişir - insanların dəyişən mühitə, zamana uyğun olaraq bir-birinə münasibəti də dəyişir. Yeni insanın fikir və duyğularını yeni ədəbiyyata gətirən şair və yazıçılar, alimlər, dilçilər yeni ədəbiyyat yaradır, dil zənginləşir, yeni sözlər yaranır, yeni sözlər yeni insanlarda yeni-yeni təfəkkür tərzi, yeni dünyagörüş, həyata yeni yanaşma incəlikləri formalaşdırır. Və bütün bunları cəmiyyətə məhz müəllim çatdırır.
Bir vaxtlar Gürcüstanda soydaşlarımızın dövləti vəzifələrə irəli çəkilməməsinin əsas səbəbi kimi onların gürcü dilini pis bilmələri göstərilirdi. Bu gün həmin problem aradan qaldırılıb. Lakin yüzlərlə gənc ziyalımız yenə də idarəetmə strukturlarına yaxın buraxılmır. İndi isə başqa bir problem yaranıb – dilimizin assimilyasiyası!
Cürcü dilini öyrənmək vacibdir, hətta o dildə təhsil almaq da olar, lakin ana dilimiz həmişə başımız üzərində dayanmalı və onu bütün dillərdən uca tutmalıyıq! Bu isə təkcə borçalıların problemi olmamalıdır. Bu, birinci növbədə Azərbaycan dövlətinin, sonra isə Gürcüstan dövlətinin konstitusion vəzifəsidir! Gürcüstandan olan soydaşlarımız güzəştli şərtlərlə Azərbaycanın dövlət universitetlərinə qəbul edilməli, hətta onların Gürcüstanda işlə təmin olunma və əmək haqqı məsələləri barədə düşünülməlidir. Unudulmamalıdır ki, biz Gürcüstanda beş-on şəxsə kömək etmirik, biz böyük Azərbaycan dünyasının arteriyalarını genetik qanımızla təchiz edirik!".
Tədbirdə Bakı Dövlət Universitetinin prorektoru Sani Hacıyev, keçmiş təhsil naziri Firidun Ağasıoğlu, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, Azərbaycan Pedaqoji Universitetin prorektoru Məlikməmməd Cabrayılov, BDU- nun kafedra müdiri, professor Həmid Vəliyev, politoloqlar Ənvər Börüsoy, Natiq Miri, Əli Xəlilli, Kamran Xəlilov və başqaları mövzu ətrafında çıxış edərək, dəyərli təkliflərini veriblər.
Tədbirdə xüsusi qeyd olunub ki, Borçalıda və ona bitişik ərazilərdə kompakt yaşayan soydaşlarımızın bu qəbildən olan problemləri ilə bağlı ölkəmizin görkəmli ziyalıları bu gün həyəcan təbili çalmasalar, 5-10 ildən sonra borçalıların ana dilini unutmaları təhlükəsi ilə üz-üzə qalacağıq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi