28-11-2016 [16:03]
"Nar” BakuTel-2016 22-ci beynəlxalq "Telekommunikasiya və informasiya texnologiyaları” sərgisində iştirak edəcək. Mobil operator hər il olduğu kimi bu il də sərgidə özünün ən son yeniliklərini təqdim etməyi planlaşdırır.
Dörd gün ərzində davam edəcək sərginin qeydiyyat sponsoru olan "Nar” sərgi müddətində müasir rabitə tələbləri–ev üçün internet və IPTV xidmətləri, mobil rabitə üçün danışıq və internet, həmçinin SMS xidmətlərinin vahid platforma üzərindən təqdim edilməsini nəzərdə tutan tamamilə yeni "Qutu” məhsulunu, yüksəksürətli məlumat mübadiləsini təmin edən LTE-A (LTE-Advanced) şəbəkəsini, "Augmented Reality” virtual reallıq texnologiyasını və digər yeniliklərini sərgi iştirakçılarına təqdim edəcək.
Sərgi zamanı "Nar” özünün çoxfunksiyalı rabitə strategiyası çərçivəsində təqdim etdiyi "Qutu” məhsulunu ilk dəfə ictimaiyyətin diqqətinə çatdıracaq. Bu məhsulun əsas mahiyyəti müasir rabitə tələblərinin vahid platforma üzərindən idarə olunmasıdır. Beləliklə, Azərbaycanda ilk dəfə olaraq "Nar” özünün "Qutu” məhsulu ilə abunəçilərinə eyni platforma üzərindən mobil rabitə, eləcə də fiber-optik texnologiya əsasında yüksəksürətli sabit internet və IPTV xidmətlərini vahid ödəniş ilə təklif etməyi planlaşdırır."Qutu” sayəsində abunəçi artıq ayrı-ayrı xidmətləri əldə etmək üçün əlavə vaxt itirməyəcək, bütün xidmətləri bir paketdə əldə edərək ümumi xərclərinə qənaət edə biləcəkvə həftədə 7 gün 24 saat özəl müştəri xidmətlərindən faydalanmaq fürsəti qazanacaq.
Qeyd edək ki, bu məhsulu 2017-ci ilin yanvar ayından etibarən əldə etmək mümkün olacaq. Sərgi günlərində "Nar” Bakutel stendində və ya dekabr ayı ərzində rabitə operatorunun internet səhifəsində (nar.az) qeydiyyatdan keçmiş abunəçilər arasından təsadüfi seçilmiş 100 nəfər "Pulsuz ay” fürsətindən yararlanmaq şansı əldə edəcək.
Sərgidə nümayiş etdiriləcək yeniliklərdən biri də genişləndirilmiş "Nar” şəbəkəsinin məhsulu olan LTE-A (LTE-Advanced) innovativ texnologiyasıdır. Sərgi iştirakçıları LTE-A test sınamasında iştirak edərək "Nar” şəbəkəsinin təqdim etdiyi yüksəksürətli internet bağlantısını bilavasitə sınaqdan keçirə biləcəklər.
Bundan əlavə, "Nar” stendinin ziyarətçiləri yeni "Yerlim” tarifinin tanıdılması çərçivəsində Azərbaycanda ilk dəfə olaraq ölkə coğrafiyasında virtual səyahət etmək imkanı verən və virtual reallıq texnologiyasına əsaslanan "Augmented Reality” interaktiv turunun birbaşa iştirakçısı ola biləcəklər.
"Nar” hər bir kəsi 29 noyabr-2 dekabr 2016-cı il tarixləri arasında Bakı Ekspo Mərkəzində keçiriləcək BakuTel-2016 22-ci beynəlxalq "Telekommunikasiya və informasiya texnologiyaları” sərgisindəki "Nar” stendinə dəvət edir.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi