28-11-2016 [14:34]
Görkəmli Azərbaycan alimi Çapay Sultanovun yeni kitabı işıq üzü görüb. "Tarixi araşdırmalar” adlanan bu kitaba məşhur tədqiqatçının Azərbaycan tarixinin peşəkarlıq baxımından ən az öyrənilmiş dönəmləri barədə faktlarla və fotolarla zəngin məqalələri daxil edilib.
Xatırladaq ki, geologiya-mineralogiya elmlər doktoru, professor olan Çapay Sultanov son illərdı xüsusuilə Azərbaycan tarixinin bugünədək kifayət qədər qaranlıq qalan, eyni zamanda yalnız Azərbaycanın deyil, onun yerləşdiyi yaxın və uzaq coğrafiyanın tarixində müstəsna rol oynamış dönəmlər və hadisələr barədə araşdırmaları ilə istər ölkədə, istətsə də onun hüdudlarından kənarda kifayət qədər rezonans doğuran məqalələrlə çıxış edib.
Məsələn, görkəmli alimin II Cahan Savaşında Bakı neftinin faşizm üzərindəki qələbədə həlledici rolu, yaxud 1990-cı ilin 20 Yanvar hadisəsinin SSRİ-nin şöküşündə ən mühüm faktorlardan biri olması barədə elmi mülahizələri maraq doğurur. Bunun nəticəsidr ki, Ç.Sultanovun sözügedən tarixi araşdırmaları ölkə hüdudlarından kənarda da böyük maraqla qarşılanıb, onun bu istiqamətdə ən müxtəlif çalışmalarının məhsulu olan əsərlər rus, türk, ingilis, fransız, italyan dillərində nəşr edilib və maraqla qarşılanıb.
Görkəmli alimin "Mütərcim” Nəşriyyatı tərəfindən işıq üzü görən "Tarixi araşdırmalar” kitabına "Azərbaycanın SSRİ tarixindəki cəzbedici rolu, 1988-ci il Sumqayıt hadisələrinin indiyədək çoxlarımıza məlum olmayan pərdəarxası məqamları, 1990-cı ilin 20 Yanvar Bakı qırğınının Sovet İmperiyasının çöküşündə həlledici əhəmiyyəti, II Cahan Savaşında faşizmin məğlub edilməsində Bakı neftinin bu günədək çoxları üçün qaranlıq qalan fenomenal dəyəri, ermənilərin Azərbaycana qarşı əsassız torpaq iddiaları nəticəsində yaranan Qarabağ münaqişəsi, azərbaycanlıların hazırda "Ermənistan” adlandırılan dədə-baba torpaqlarından deportasiyası və s. barədə mövzularda olduqca dəyərli təhlilllərdən və tədqiqatlardan, indiyə qədər gizlin qalan bir çox vacib mətləblərə aydınlıq gətirən məqamlardan ibarət qiymətli məqalələri toplanıb.
Bu məqalələri dəyərli edən orada təkcə oxucular üçün tarixi baxımdan xüsusi önəm kəsb edən yeni faktlar və fotolar yer alması deyil, bu məqalələr həm də Azərbaycan tarixşünaslığının bundan sonrakı inkişaf istiqamətlərini müəyyənləşdirəcək gücünə görə də ayrıca təqdirə layiqdir.
Xatırladaq ki, 1936-cı ildə Bakı şəhərində anadan olan məşhur alim Çapay Sultanov 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti - BDU) geoloji-coğrafiya fakültəsini bitirib, 1960-1989-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda işləyib, kiçik elmi işçi vəzifəsindən neft-mədən geologiyası şöbəsinin rəhbəri vəzifəsinə qədər yol keçib. 1964-cü ildə o, "Azərbaycanın qazkondensatneft, qazkondensat və qaz yataqlarının tükənməyə işlənməsində geoloji-mədən tədqiqatları" mövzusunda namizədlik, 1986-cı ildə isə "Neft yataqlarının ehtiyatlarının hesablanması, layihələşdirilməsində və işlənməsinin analizində geoloji-mədən deformasiyaların istifadəsinin elmi əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
1982-ci ildə Çapay Sultanov bir qrup alim həmkarı ilə birlikdə "Ehtiyatların qiymətləndirilməsinin elmi metodlar kompleksinin işlənməsi və istehsalata tətbiqi və Azərbaycanın dənizdəki qazkondensat yataqlarının işlənməsinin layihələşdirilməsi" işinə görə Azərbaycan SSR Dövlət mükafatı laureatı adına layiq görülüb.
Ç. Sultanovun elmi tədqiqat sahəsi neft-mədən geologiyası, xüsusilə də geoloji və texnoloji faktorların təsirini nəzərə almaqla layların neftverməsini qiymətləndirmək və proqnozlaşdırmaq məqsədilə ilə statistik üsulların tətbiqidir. Görkəmli alim hazirki Azərbaycan Milli Elmlər Akademiyasında işlədiyi dövrdə neft və qaz ehtiyatlarının hesablanmasının elmi əsaslarını hazırlayaraq, Azərbaycanda iri neft və qaz yataqlarının kəşfi və işlənməsində iştirak edib.
0, yüzlərlə elmi işin, o cümlədən bır sıra monoqrafiyaların, ixtira və səmərələşdirici təkliflərin müəllifidir. Eyni zamanda 10 elmlər namizədi hazırlayıb.
Ç.Sultanov 16 il ərzində Azərbaycan Şahmat Federasiyasına başçılıq edib. Bu dövr ölkə şahmatının dirçəliş və çiçəklənmə dövrü kimi yüksək qiymətləndirilir.
Son illərdə görkəmli alimin çoxsayda elmi kitabları işıq üzü görüb, bu sırada Azərbaycan tarixinin ötən yüzillikdəki müxtəlif mərhələlərinə dair orijimal baxışdan ibarət, nadir fakt və fotolarla zəngin araşdırmaları xüsusilə alqışa layiqdir.
Onu da deyək ki, 2011-ci ildə "Azərbaycanın ictimai-siyasi həyatındakı səmərəli fəaliyyətinə görə” "Şöhrət” ordeninə layiq görülən görkəmli alimin şəxsi saytı - sultanov.azeriland.com ünvanı da bu günlərdə yenilənib. Yeni texnoloji standartlara cavab verən saytda məşhur alimin əsərləri ilə tanış olmaq imkanı verilib. Qeyd edək ki, bu sayt yarandığı gündən bu vaxtadək milyonlarla istifadəçini qonaq edib, elə bu statistikaya görə də analoqsuzdur. İndiyədək heç bir alimimiz sözügedən mənada uğur qazanmayıb.
Bu il 80 yaşı tamam olan Çapay Sultanovun Azərbaycanın yaxın tarixinin sözün bütün mənalarında yenidən yazıldığı kitabının da müəllifin indiyə qədərki kitabları kimi müsbət yöndən böyük səs-küy doğuracağı şübhəsizdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi