“Azərbaycanda 90 min şagird rus dilində təhsil alır” - Nazir açıqladı

img

28-11-2016 [11:55]


"Azərbaycanın orta məktəblərində 90 min şagird rus dilində təhsil alır”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov "Təhsil, elm və mədəniyyət sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının vəziyyəti və perspektivləri" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. O bildirib ki, rus dilinin Azərbaycanda öyrənilməsi multikulturalizm prinsipinə əsaslanır.

"Bu gün 340 orta məktəbdə 90 min şagird rus dilində təhsil alır. 450 mindən çox şagird isə rus dilini xarici dil kimi öyrənir” - deyə nazir qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA