Usubovdan daha bir əmr - DİN Katibliyinə rəis təyin edildi

img

28-11-2016 [11:21]


Daxili işlər orqanlarında yeni təyinat olub. 

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Daxili İşlər Nazirliyinin (DİN) Baş Kadrlar İdarəsinin rəis müavini Səfər Əliyev tutduğu vəzifədən azad edilərək DİN Katibliyin rəisi təyin edilib(APA).

Qeyd edək ki, Katibliyin rəisi olmuş, polis general-mayoru Nüsrət Şirinovun Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi təyin edilməsi xəbərini ilk olaraq Mia.az saytı yaymışdı.

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi Ərziman Əliyev bir müddət əvvəl təqaüdə göndərilib.

N.Şirinov R.Usubovun qaynıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA