Bu sektorda çalışanların əməkhaqqı artıb - 20 faiz

img

27-11-2016 [18:08]


Bu ilin 10 ayında inşaat sektorunda çalışan işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz azalaraq 96,6 min nəfər olub, orta aylıq əməkhaqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,3 faiz artaraq 805,4 manat təşkil edib.

Mia.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən ixtisaslaşdırılmış tikinti işlərində işləyənlərin əməkhaqqı 26,1 faiz, binaların tikintisində çalışanların əməkhaqqı 14,4 faiz, mülki təyinatlı inşaat işlərində işləyənlərin əməkhaqqı isə 1,7 faiz artıb.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA