27-11-2016 [17:29]
"2012-ci ildə büdcə layihəsinə ölkə ərazisində istilik sistemi üzrə yaranan zərərin ödənilməsi, istilik sistemi və təchizatı obyektlərinin istismarına və təmirinə 31,6 milyon manat ayrılıb. 2011-ci ildə isə ayrılan vəsait 19 milyon manat olub. 2005-2010-ci illərdə isə istilik sisteminə üst- üstə təxminən 77 milyon manat ayrılıb. Dostlar, bu rəqəmlərlə başınızı ağrıtmaq istəmirəm.
Sadəcə cənab Yaşar Həsənovun nəzərinə çatdırmaq istəyirəm ki, mənim seçicilərimin hələ də istilik məsələsi həll olunmamış qalıb və mən millət vəkili kimi rəsmi müraciətimi bu rəqəmlərin yoxlanması üçün Hesablama Palatasına və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim etməyə hazırlaşıram”.
Bu fikirlər deputat Adil Əliyevə məxsusdur.
Millət vəkili hələ 4 il əvvəl Bakıda seçicilərinin istiliklə bağlı şikayətlərinə bu cür reaksiya vermişdi.
Bunu Milli Məclisdəki çıxışı zamanı da bəyan etmiş, deputat həmkarları da onu dəstəkləmişdi .
Hörmətli Adil Əliyevin göstərilən vəsaitlərin təyinatı ürə xərclənib-xərclənmədiyinin yoxlanılması üçün Hesablama Palatasına və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib-etmədiyindən xəbərimiz yoxdu.
2013-cü ildə istilik sisteminin təmirinə yenidən 10,9 milyon ayrıldığını bilsək də, son 3 ildə bu istiqamətdə daha neçə milyon ayrıldığı haqda da konkret rəqəmlər məlum deyil.
Ancaq bu dəqiqdir ki, 2004-cü ildən bu yana Bakının istilik sisteminə nəzarət edən Yaşar Həsənov hələ də vəzifəsinin başındadır. Rəhbərliik etdiyi qurumun adı 2 dəfə dəyişsə də o, toxunulmazlığını qoruya bilib.
Üstəlik bu müddət ərzində Yaşar Həsənovun paytaxtın istilik sistemində təmir və tikinti işlərini qaynı və bacısı oğlunun nəzarətinə verdiyi də deyilir. Yəni, ayrılan 10 milyonların xərclənməsini Y.Həsənov başqalarına deyil, öz yaxınlarına tapşırıb.
Bir də o məlumdur ki, deputat Adil Əliyevin hələ 2012-ci ildə Milli Məclisin tribunasından səsləndirdiyi problemlər, nəinki həllini tapıb, əksinə, daha da artıb.
Bu il Azərbaycanda qış havası vaxtından əvvəl, hələ oktyabrın sonlarından hiss olunsa da, nə mənzillərə, nə də məktəb və xəstəxanalara istilik verildi – hökumət, soyuq havaya baxmayaraq, israrla istilik sistemini işə salmadı. Bu, qanunvericiliklə əsaslandırıldı, bildirildi ki, qış rejiminə noyabrın 15-dən tez keçilə bilməz. Çünki Nazirlər Kabineti həmin gün "Azəristiliktəchizat” ASC-yə istiliyi təmin etməklə bağlı əmr verir.
Ancaq noyabrın 15-i gəlsə də, paytaxtda və digər iri şəhərlərdə yaşayış binaları, məktəblər, səhiyyə ocaqları və bir sıra digər ictimai obyektlərin istiliklə təminatında ciddi problemlər müşahidə olundu.
Bu gün isə artııq noyabrın 27-dir. Qış rejiminə rəsmi keçidin üstündən 12 gün keçməsinə baxmayaraq, hələ də paytaxtın müxtəlif ərazilərindən istiliklə bağlı şikayətlər gəlir. Məsələn, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsi, bina 1, blok 1-də yaşayan sakinlər "AzPolitika.info”ya göndərdikləri məktubda mənzillərinə hələ də istilik verilmədiyini bildirirlər. Onlar, Nəsimi rayon istilik idarəsinə dəfələrlə müraciət etsələr də, problemlərinin həll olunmadığını qeyd edirlər və Prezidentdən kömək istəyirlər.
Bəzi binalara isə istilik verilsə də, nəinki evlər, heç boruları belə qızdırmır. Məsələn, Xətai rayonu ərazisində binaların əksəriyyətində bu problem yaşanır. Konkret olaraq Zığ Şosesində yeni təmir olunmuş binalarda, royandakı bir sıra məktəblərdə bu problem yaşanır.
"Azəristiliktəchizat” ASC isə problem həll etmək əvəzinə, ya həqiqətə uyğun olmayan məlumatlar verir, ya da bəhanələr gətirir.
"Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətinin rəhbəri Rafiq Əliyev Lent.az-a açıqlamasında bildirib ki, onların balansında olan bütün yaşayış binaları istilik sistemləri ilə tam təmin olunub: "Bizə aid olan elə bir qazanxanamız yoxdur ki, işləməsin”. Halbuki faktlar bunun tam əksini göstərir.
"Azəristiliktəchizat” ASC-nin rəhbərliyi isə bunun günahını ya vətəndaşların, məktəb rəhbərlərinin, ya da başqa qurumların üzərinə atır. Məsələn, "Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev "Yeni Müsavat”a müsahibəsində istilik temperaturunun aşağı olmasının, siniflərin tam qızdırılmamasının məsuliyyətini öz üzərlərindən atıb: "Mənim borcum deyil axı məktəbin içinə baxım. Mənim vəzifə funksiyama aid deyil və müqaviləmdə də nəzərdə tutulmayıb. Əgər məktəb istəyirsə ki, "Azəristilik” olaraq biz həmin məktəbin daxili sisteminə xidmət edək, zəhmət çəkib müqavilə bağlasın, mən adam ayırım və gündəlik o məktəbin içi ilə məşğul olsun. Mənim məktəblə müqaviləmin sərhədi məktəbin girişində bitir.
Siyirməm də oradadır, monometrim, termometrim də. Ən tələb olunan parametrlə onun istiliyini verirəm. İndi məktəbin içində bir batareya qızır, bizi qızmır. Bunu tənzimləmək lazımdır, havasını açıb buraxmaq lazımdır, hər il açıb yumaq lazımdır. Hansı məktəbdə batareyaları açıb yuyurlar?”
Tutaq ki, bu iddialar əsaslıdır. Elə isə niyə əksər binalarda da eyni problem yaşanır? Əksər binalarda vətəndaşlar öz vəsaitləri hesabına məhz "Azəristilik”in əməkdaşlarına yeni istilik sistemləri quraşdırtsalar da, gecə-gündüz batarayeların havasını açıb buraxsalar da, mənzillər qızmır.
"Azəristiliktəchizat”ın abonent və müştəri xidmətinin rəhbəri Rafiq Əliyev mətbuata müsahibəsində problemin onlarla bağlı deyil, "Azəriqaz”dan asılı olduğunu bildirib. Qeyd edib ki, "Azəriqaz” köhnə borclara görə qazanxanaların qazını kəsib: "Bu gün borc var, biz onu danmırıq. O borc da mübahisə mövzusudur. Çünki köhnə "Bakıistilik”dən qalıb, onu biz ödəməli deyilik, miras qalan borclardır. Bu gün bizdən ödəməyi tələb edirlər, amma biz heç cari borclarımızı tam ödəyə bilmirik, o ki qaldı köhnə borc ödəyək… biz köhnə borclarla bağlı hökumətə müraciət etdik, hökumətdə buna baxılır. Yəqin bizə hansısa köməklik göstəriləcək”.
O, problemin vaxtında həll olunmamasını da qəribə şəkildə əsaslandırıb: "Bizim mövsüm noyabrın 15-də başlayır, "Azəriqaz” da gəlib həmin tarixdə qazanxanaların qazını kəsib. Yayda qazanxanamız işləmirdi ki, tədbir görək.”
Rafiq Əliyev açıqlamasında qazanxanaların təxminən yarısının qazsız olduğunu və dolayısıyla binaların da çoxunda istilik olmadığını etiraf edib.
Ancaq qəribədir ki, "Azəriqaz” İB isə bu iddiaları yalanlayır. Qurumun İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kərbalayev bildirib ki, "Azəristiliktəchizat” ASC tərəfindən müraciət olunan qazanxanaların hamısı qazla təmin esilib: ""Azəristiliktəchizat” ASC deyir ki, mən "Azəriqaz”dan qaz ala bilmirəm? Bu mümkün deyil. Bizə müraciət olunan qazanxananın qazla təmin olunması üçün aidiyyatı qurumlar tərəfindən müvafiq sənədlər "Azəriqaz” İB-nə təqdim olunmalıdır… Biz "Azəristiliktəchizat” ASC tərəfindən müraciət olunan qazanxanaları istiliklə təmin etmişik”.
Yəni, dövlət qurumları günahı həmişəki kimi bir-birinin üstünə atmaqla məşğuldurlar. Ölkə vətəndaşları, paytaxt sakinləri isə dərdlərini deməyə ünvan tapmırlar.
Redaksiyamıza müraciət edən sakinlər "Azəristiliktəchizat” ASC–nin 956 saylı "Qaynar xətt”inə edilən zənglərə cavab verilmədiyini, qurumun ərazi üzrə idarəsinin telefonlarının isə daim məşğul olduğunu bildirirlər. Bu üzdən şikayət etməyə də yer tapmırlar. Əlaclarının ya mətbuat vasitəsilə, ya da etiraz aksiyaları keçirərək səslərini ölkə rəhbərliyinə çatdırmağa qaldığını bildirilər.
Prezident İlham Əliyev isə xatırladıb ki, "Azəristiliktəchizat” Bakının və bütün ölkənin istilik problemini aradan qaldırmaq üçün yaradılıb."Azəristiliktəchizat”ın rəhbərliyi isə görünür 10 milyonları "yerbəyer” etməyə başı qarışdığından Prezidentin tapşırığını da unudub, öz məsuliyyətini də. Bunu özünü Corc Buşla müqayisə edən Y.Həsənova xatırladan olacaqmı?
Haşiyə: Qeyd edək ki, "Azəristiliktəchizat”ın rəhbəinin özünü Corc Buşla müqayisə etməsini bir neçə il əvvəl virtualaz.org saytına açıqlamasında ASC-nin adının çəkilməsini istəməyən əməkdaşı deyib. O, bildirib ki, bir dəfə sədrdən iclaslara telefonla qatılmasının səbəbini soruşublar: "Sədr isə cavabında dedi ki, bəs siz kinolara baxmırsınız? Corc Buş da iclaslara telefonla qatılır. Hətta Rəsul Quliyev də partiyasını telefonla idarə edir…”
Rasim
AzPolitika.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi