Xəzəryanı dövlətlərdən yeni əməkdaşlıq formatı - Protokol imzalandı

img

27-11-2016 [17:10]


Bu gün Aşqabadda Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın sahəvi qurumlarının rəhbərləri "Xəzər dənizində naviqasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Protokol imzalayıb.

APA-nın verdiyi məlumata görə, sənəd Xəzərdə mütəşəkkil cinayətkarlıq, terrorizm, qanunsuz silah və narkotik vasitə dövriyyəsi, insan alveri və qanunsuz miqrasiyaya qarşı birgə mübarizə üçün hüquqi zəmin yaradır.

Eyni zamanda protokolda Xəzərdə dəniz gəmiçiliyinin təhlükəsizliyinin qorunmasına, xilasetmə əməliyyatına dair müddəalar yer alıb. Protokol Xəzərdə dəniz limanlarına nəzarətin təmin edilməsini, gəmilərin hərəkətinə xarici amillərin, məsələn, dənizin çirkləndirilməsinin, sualtı naqillərin, qazma platformalarının, kəmərlərin mənfi təsirlərinin qarşısının alınmasını nəzərdə tutur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA