DİN-də daha bir dəyişiklik; Şuşanın güllələnmiş icra başçısının oğluna vəzifə verildi

img

27-11-2016 [14:19]


Daxili işlər orqanlarında daha bir kadr dəyişikliyi həyata keçirilib.

Mia.az Femida.az-a istinadən xəbər verir ki, 39-cu polis bölməsinin rəis müavini polis mayoru Anar Məmmədov tutduğu vəzifəsindən azad edilərək Səbail rayonu 9-cu polis bölməsinin rəis müavini vəzifəsinə təyin olunub.

Onun yerinə 9-cu polis bölməsinin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışmış polis kapitanı Müşfiq Gözəlov təyinat alıb.

Xatırladaq ki, Müşfiq Gözəlov Şuşanın qətlə yetirilmiş keçmiş İcra başçısı Mikayıl Gözəlovun oğludur.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA