Ramil Usubov qaynına yüksək vəzifə verdi - General idarə rəisi təyin edildi

img

27-11-2016 [13:51]


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov daha bir əmr verib.

Mia.az-a daxil olan məlumata görə, nazirin əmri ilə Daxili İşlər Nazirliyi Baş Katibliyinin rəisi, general-mayor Nüsrət Şirinova yeni vəzifə verilib. 

N.Şirinov bundan sonra Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsini icra edəcək

Məlumat üçün onu da bildirək ki, general Nüsrət Şirinov Ramil Usubovun qaynıdır. 

Xatırladaq ki, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi Ərziman Əliyev bir müddət öncə pensiya yaşının çatması ilə bağlı işdən çıxarılıb.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA