Xəzərdə İrana məxsus vertolyot qəzaya uğrayıb, 5 nəfər ölüb

img

27-11-2016 [11:15]


Xəzər dənizində İrana məxsus vertolyotun qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.

Bu barədə Behşehr valisi Seyid Xalid Səccadiyə istinadən İranın IRINN dövlət televiziyası məlumat yayıb. Onun sözlərinə görə, İran Milli Neft Şirkətinə məxsus "təcili tibbi yardım" vertolyotu "Əmir Kəbir" neft platformasından xəstə gətirərkən dənizə düşüb. Vertolyotda olan 5 nəfərin hamısı həyatını itirib. Hazırda qəzanın səbəbləri araşdırılır.
report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA