"Xəbər məni olduqca kədərləndirdi" - İlham Əliyev

img

26-11-2016 [15:34]


Azərbaycan prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhaniyə başsağlığı verib. 

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Semnan vilayətində baş vermiş dəmir yolu qəzası nəticəsində insanların həlak olması xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!".

Xatırladaq ki, qatar qəzası ötən gün səhər saatlarında baş verib. Son məlumata görə, qəza nəticəsində 44 nəfər ölüb, yaralananların isə 100 nəfərdən çox olduğu açıqlanıb. 

Məlumata görə, Məşhəd-Təbriz qatarının əyləc sistemində problem yaranıb, havanın şaxtalı olması nəticəsində isə qatar dayanıb. Problem mərkəzi sistemə nəzarət edən şəxsə bildirilsə də, növbə dəyişdiyi üçün məsul şəxs qatarın dayanmasından xəbərsiz olub və həmin istiqamətdə hərəkətdə olan Məşhəd-Səmnan qatarına yolun açıq olduğunu və problemsiz hərəkət edə biləcəyini deyib. Nəticədə iki qatar toqquşub, 4 vaqon reysdən çıxıb. Onlardan ikisi yanıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA