4 radioelektron vasitənin istifadəsi üçün xüsusi icazə tələb ediləcək - Hökumət qərarı

img

26-11-2016 [13:57]


Nazirlər Kabineti "İstifadəsinə icazə vərəqəsi verilən radioelektron vasitələrin Siyahısı”nı təsdiq edib.

siyahıya 4 radioelektron vasitə daxil edilib. Siyahıya daxil edilən peyk və radiorele stansiyası və gəmi stansiyalarının XİFMN (xarici iqtisadi fəaliyyətin mal nomenklaturası) üzrə kodları idxal zamanı onların adından, tipindən, növündən, markasından və tərkibindən asılı olaraq müəyyən ediləcək.

İstifadəsinə icazə vərəqəsi verilən radioelektron vasitələrin siyahısına daxil edilmiş radiobaza stansiyasının və radioyayım ötürücüsünün isə XİFMN üzrə kodları siyahıda əksini tapıb. Radiobaza stansiyasının və radioyayım ötürücüsünün XİFMN üzrə kodları müvafiq olaraq 851761009 və 852550009-dur.
apa

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA